DP World: Azərbaycanın iqtisadi əsasları çox möhkəmdir

Azərbaycanın iqtisadi əsasları çox möhkəmdir. Bunu Bakıda keçirilən Dünya Limanları Konfransının açılışında “DP World” şirkətinin sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyem deyib. O bildirib ki, hətta neftin qiymətlərinin aşağı olduğu dövrdə Azərbaycan sosial-infrastruktur istiqamətli və iqtisadi inkişafa yönəlmiş layihələri dayandırmadı: “Mən çox şadam ki, biz gözəl Bakı şəhərində bu mötəbər konfransa yığışmışıq. Burada 20 il əvvəl olmuşam və hazırda möhtəşəm tərəqqi görürəm”.

“DP World” rəhbəri qeyd edib ki, Azərbaycanda yükdaşıma üçün infrastrukturun yaradılması inkişafın mühüm amillərindən biridir: “Ələtdə Bakı Limanının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan ərazisi ilə hava, dəniz və dəmir yolu üzrə yüklərin daşınmasına imkan verir. Bu, gələcək inkişaf üçün son dərəcə vacibdir. Ən əsası isə bu marşrutlar səmərəlidir”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında