“Abşeron” yatağında ilk quyu 2019-cu ildə istismara veriləcək

Bu barədə mətbuatda məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, rəhbərlik etdiyi qurum perspektivdə qaz hasilatının artırılması məqsədilə “Ümid”, “Abşeron”, “Qarabağ” və digər dəniz strukturlarının işlənilməsi üzrə həm xarici tərəfdaşları ilə əməkdaşlığı, həm də müstəqil çalışmalarını davam etdirir: “Ümid” yatağının işlənməsi yaxın zamanda İlkin Detallı Layihələndirmə mərhələsinə daxil olacaq. Biz, həmçinin bu yatağa bağlı olan “Babək” strukturunda da ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri aparırıq”.

SOCAR prezidenti əlavə edib ki, “Abşeron” yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik və layihələndirmə işləri davam etdirilir: “Bu layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır. “Abşeron”da ilk quyunun 2019-cu ildə istismara verilməsi planlaşdırılır”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında