Gəncədə II milli sənaye mühəndisliyi forumu

Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), "Lean Consulting" şirkəti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə II milli sənaye mühəndisliyi forumu keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan forumun işində ölkəmizin bir çox aparıcı sənaye müəssisəsinin rəhbərləri, elm və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də xarici mütəxəssislər iştirak ediblər. Forumda sözügedən sahənin aktual problemləri müzakirə olunub, milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb.

Forum iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Dövlət himninin səslənməsi ilə işə başlayan forumda "Heydər Əliyev və Azərbaycan sənayesi" adlı videoçarx nümayiş etdirilib.

UTECA-nın rektoru Akif Süleymanov II milli sənaye mühəndisliyi forumunu açıq elan edərək iştirakçıları salamlayıb. Rektor ­bildirib ki, ilk dəfə paytaxt Bakıda keçirilən milli sənaye mühəndisliyi forumunun ikinci dəfə Azərbaycanın ən böyük regional mərkəzində – Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində regionların rolu kifayət qədər böyükdür. Forumun mövzusu və əhəmiyyəti haqda da danışan Akif Süleymanov qeyd edib ki, Azərbaycanda sənayenin köklü inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ümummilli lider tərəfindən qoyulan Azərbaycan sənayesinin inkişaf konsepsiyası İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də inamla davam etdirilir.

Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOSİA) direktoru Orxan Məmmədov və bir sıra aparıcı şirkətlərin nümayəndələri forumun ­mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər. Sessiyalarda qaldırılan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum ərzində, həmçinin UTECA ilə KOSİA arasında əməkdaşlıq memorandumu və UTECA ilə AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. AMEA YTP-nin direktoru Vüqar Babayev və UTECA-nın rektoru Akif Süleymanov tərəfindən imzalanan sazişin ilkin məqsədi tərəflərin birgə iştirakı ilə UTECA-da texnologiya transfer ofisinin yaradılmasıdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında