Azərbaycan ilə İran birgə neft şirkəti yaradacaq

Azərbaycan ilə İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaqlar.

İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaninin mətbuata açıqlamasına görə, birgə şirkətin yaradılması cari il martın 28-də İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında razılaşdırılıb. Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır. Birgə şirkətin hər iki tərəfə iqtisadi səmərə gətirəcəyi gözlənilir.

Nazir müavini onu da nəzərə çatdırıb ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair imzalanmış razılaşma pozulsa, bu, Azərbaycan ilə neft və qaz sahəsindəki əməkdaşlığa heç bir təsir göstərməyəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında