Yaxın iki il ərzində Azərbaycanda qeyri-neft ÜDM-i artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır.

BVF-nin hesabatında bildirilir ki, bu İl Azərbaycanın ÜDM-i 45,5 milyard dollara çatacaq. Gələn il bu göstəricinin 47,9 milyard təşkil edəcəyi gözlənilir.

Analitiklərin fikrincə, 2018-ci ildə Azərbaycan hökumətinin gəlirləri ÜDM-in 38 faizini və ya 17,3 milyard dollara yaxın, xərcləri isə 36,6 faizini (16,65 milyard dollar) təşkil edəcək. 2019-cu ildə gəlirlər ÜDM-in 39 faizi (18,68 milyard dollar), xərclər ÜDM-in 37,8 faizini (18,1 milyard dollar) təşkil edəcək.

BVF-in proqnozlarına əsasən, eyni zamanda, 2018-ci ildə Azərbaycanın ixracatı 22,4, 2019-cu ildə 23,6 milyard dollara bərabər olacaq. Yaxın iki il ərzində Azərbaycanda cari əməliyyatların profisiti 2,6 milyard və 3,3 milyard dollar təşkil edəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında