Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısında iştirak edəcək

Bu il 3-6 may tarixində Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 51-ci illik toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İllik toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin daha da inkişafı və institusional məsələləri müzakirə edəcəklər.

İllik toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında