Bakı-Tivat reyslərinə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Aprelin 30-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

"Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı  çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək. Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Tivat – Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və əsrarəngiz təbiəti hər il buraya çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanın saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə AZAL-ın çağrı mərkəzi ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: [email protected]

Həmçinin “Pasha Travel” turizm agentliyinə də müraciət etmək mümkündür: 

(+99412) 404 10 90

E-mail: [email protected]

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında