Azərbaycanın yüksək texnologiyalı məhsullarına böyük maraq var

“Gürcüstanda təşkil olunan sərgidə Azərbaycan məhsullarına böyük maraq var. Bizim də əsas məqsədimiz Azərbaycanın yüksək texnologiyalı məhsullarını dünya bazarına çıxarmaq, dünyanın məşhur brendləri ilə rəqabət aparmaq və uzunmüddətli layihələrdə iştirak etməkdir”.

Bu sözləri jurnalistlərə müsahibəsində Sumqayıt Texnologiyalar Parkının (STP) beynəlxalq satış departamentinin korporativ satış paketinin müdiri Raqif Yusifov söyləyib.

Onun sözlərinə görə, STP Tbilisidə keçirilən XXII beynəlxalq inşaat və dizayn “Caucasus Build 2018” sərgisində parka daxil olan 13 şirkətin məhsullarını təqdim edir: “Sərgi iştirakçıları bizim məhsullarımıza böyük maraq göstərirlər. Regionda yeganə olan Kabel Zavodunun istehsal etdiyi güc və optik kabellər xüsusi diqqət çəkir. Bir çoxları Qazaxıstan və Qırğızıstanda elektrik yarımstansiyalarında bizim yüksək gərginlikli kabellərimizdən istifadə olunduğunu bilir. Eyni zamanda TANAP layihəsində də Dəqiq Mexanika Zavodunun məhsullarından istifadə olunur. Bu da xarici şirkətlərin diqqətini çəkir. Düşünürəm ki, bu sərgidən sonra bizim məhsullarımıza maraq daha da artacaq və biz qarşıya qoyduğumuz məqsədə çatacağıq”, - deyə R.Yusifov vurğulayıb.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı Tbilisidə keçirilən sərgidə “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşidli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat, armatur və s. məhsullarının nümunələrini nümayiş etdirir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında