Göygöldə kənd turizmi və otelin yaradılması üzrə investisiya layihələri təqdim olunub

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu Göygöl rayonunda keçirib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Göygöl rayonunun iqtisadi potensialına uyğun olaraq, bal emalı və qablaşdırılması, habelə süd emalı müəssisələrinin, cins heyvandarlıq kompleksinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının, kənd turizmi və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 364,5 milyon manat olan 269 investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 35 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər aqroparkın yaradılması, un məmulatlarının, tikinti materiallarının istehsalı, üzümçülük, tərəvəzçilik, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yeri açılacaq. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 257,1 milyon manat güzəştli kredit verilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında