“Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” bülleteni çap olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov və həmin şöbənin elmi işçisi Svetlana Nəcəflinin həmmüəllifi olduğu “Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” adlı bülleten çapdan çıxıb.

 

www.science.gov.az saytı yazır ki, bülletendə ilk dəfə 2012-2016-cı illər ərzində Azərbaycanın inklüziv iqtisadi inkişafının xüsusiyyətləri – ölkədə iqtisadi artım, əhalinin məşğulluğu, əhalinin gəlirlərinin yaranması və yaranmış gəlirlərin əhali qrupları arasında paylanmasının ədalətlilik səviyyəsi, ölkə əhalisinin ümumi demoqrafik yükü və məşğul əhalinin demoqrafik yükü ilə bağlı göstəricilər qiymətləndirilib.

Alınmış nəticələr ölkənin iqtisadi inkişaf mərhələsində, ölkə iqtisadiyyatının fəaliyyətinin tənzimlənməsi prosesində, eləcə də iqtisadi inkişafın səngiməsi zamanı istifadə oluna bilər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında