2003-cü ildən indiyədək ARDNF dövlət büdcəsinə 79,9 milyard manat transfert edib

2003-cü ildən bu il aprelin 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği məlum olub.

"APA-Economics" ARDNF-nin saytına istinadən xəbər verir ki, bu ilin I rübündə 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 299 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Bununla da 2003-cü ildən bu il aprelin 1-nə qədər ARDNF tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği  79 milyard 916 milyon manat təşkil edib.

ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb. Həmin ildə Fond dövlət büdcəsinə 100 milyon manat transfert edib. 2004-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 30%, 2005-ci ildə 15,38%, 2006-cı ildə 3,9 dəfə artıb. 2007-ci ildə 2006-cı ildə olduğu kimi dövlət büdcəsinə 585 milyon manat transfert edilib. 2007-ci il ilə müqayisədə 2008-ci ildə dövlət büdcəsinə transfertlər 6,5 dəfə, 2009-cu 29,34%, 2010-cu ildə 20,34%, 2011-ci ildə 52,16%, 2012-ci ildə 10,06%, 2013-cü ildə 14,59% artıb.

2014-cü ildən etibarən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi azalmağa başlayıb. Belə ki, 2013-cü illə müqayisədə 2014-cü ildə Fonddan dövlət büdcəsinə transfertlər 17,74%, 2015-ci ildə 12,93%, 2016-cı ildə 6,33%, 2017-ci ildə isə 19,89% azalıb.

Ümumiyyətlə, ARNDF-dən dövlət büdcəsinə ən yüksək transfert 2013-cü ildə qeydə alınıb. Həmin il Fonddan dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfert edilib.

Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında