Sarayevoda 9-cu Beynəlxalq İnvestisiya Konfransı keçirilib

Bosniya və Herseqovinanın Sarayevo şəhərində müxtəlif ölkələrdən olan 1800 nümayəndənin iştirakı ilə “9-cu Beynəlxalq İnvestisiya Konfransı-Sarayevo Biznes Forumu” keçirilib.


Iqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, konfransda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib. Qeyd edək ki, Bosniya Beynəlxalq Bankı və İslam İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən konfrans Cənub-Şərqi Avropada mühüm investisiya və biznes tədbirlərindən biri olmaqla, biznes əlaqələrinin qurulması və investisiya imkanlarının araşdırılması üçün əlverişli platforma rolunu oynayır. Konfrans 2010-cu ildən başlayaraq hər il bir çox ölkədən rəsmilərin, sahibkarların, investorların və tədqiqatçıların iştirakı ilə təşkil edilir, yeni ideyaların və təşəbbüslərin formalaşması və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi üçün uğurlu mexanizm qismində çıxış edir.
Bu il keçirilən tədbirdə biznesin inkişafında informasiya texnologiyalarından effektiv istifadə, rəqəmsal iqtisadiyyat və biznesin rəqəmsal transformasiyası, innovasiyaların iqtisadiyyata tətbiqi üçün əlverişli şəraitin yaradılması, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, qadınların biznes fəaliyyətində rolunun dəstəklənməsi, yeni iş yerlərinin yaradılmasında startapçıların rolu, kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı əhəmiyyəti kimi mövzular müzakirə edilib.
Konfrans çərçivəsində təşkil olunan panel iclasda çıxış edən Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizdə startapçıların dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət dəstəyi tədbirlərini vurğulayıb, qazanılan uğurların Dünya Bankının, Dünya İqtisadi Forumunun və s. hesabatlarında əks olunduğunu diqqətə çatdırıb.
Nazir müavini ölkəmizin Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri olduğunu vurğulyaraq, bu sahədə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin önəmi haqqında danışıb, ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ticarət-iqtisadi və nəqliyyat-tranzit əməkdaşlığının genişlənməsində rolunu qeyd edib. Sahib Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, investorlar üçün geniş imkanlar, o cümlədən sənaye parkları və məhəllələri, aqroparklar barədə məlumat verərək iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.
 

                                                 Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında