Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının 2011-ci ilin ortalarında Bakıda keçirilməsi nəzərdə tutulur

Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının 2011-ci ilin ortalarında Bakıda keçirilməsi nəzərdə tutulur.
Azərbaycan ilə Çin arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın üçüncü iclası 2009-cu il mayın 27-də Pekində keçirilmişdi.
Hökumətlərarası Komissiya 2005-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq yaradılmışdır. 2005-ci ilin martınadək isə iki ölkə arasında iqtisadi məsələlər Çin-Azərbaycan İqtisadi Əməkdaşlığı üzrə İşçi Qrup çərçivəsində müzakirə edilirdi.
Dinamik inkişaf edən hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il əvvəlki illə müqayisədə 50,57 faiz artaraq 926 milyon ABŞ dollarına çatmışdır. 2010-cu ildə Azərbaycandan Çinə ixrac 2,6 dəfə, oradan idxal isə 21 faiz artmışdır.
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 3,32 faiz, o cümlədən idxalda 8,9 faiz, ixracda isə 1,59 faiz təşkil etmişdir.
Son illər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri sürətlə inkişaf edir. İctimai-siyasi sabitliyə, zəngin təbii sərvətlərə, əlverişli biznes və investisiya mühitinə malik Azərbaycan dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Çin sərmayədarları üçün cəlbedicidir. Hazırda Çinin bir neçə nüfuzlu şirkəti Azərbaycanda iqtisadiyyatın informasiya və kommunikasiya texnologiyaları, energetika, tikinti materiallarının istehsalı, nəqliyyat, infrastruktur və digər sahələrində uğurla fəaliyyət göstərirlər. Ötən müddətdə Azərbaycan və Çin işgüzar dairələri arasında əlaqələri genişləndirmək məqsədilə bir neçə biznes və investisiya forumları təşkil edilmişdir. Hazırda Çindən Azərbaycana əsasən elektrik avadanlığı, müxtəlif maşın və mexanizmlər, kimya və toxuculuq sənayesi məhsulları, Azərbaycandan Çinə isə neft və neft məhsulları, xüsusi təyinatlı mühərriklər, əczaçılıqda və ətriyyatda istifadə üçün müxtəlif bitkilər və s. ixrac olunur. İndiyədək iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində müqavilə-hüquq bazası xeyli təkmilləşdirilmişdir. Belə ki, 1992-ci ilin aprelində diplomatik əlaqələr yaradılandan sonra Azərbaycan və Çin hökumətləri arasında iqtisadi-ticari sahədə 10-dan çox sənəd imzalanmışdır. Bu sənədlərin bir çoxu ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi və Prezident İlham Əliyevin 2005-ci ildə dövlət səfəri zamanı imzalanmışdır. Həmin səfərlər iki ölkə arasında əlaqələrin inkişafına çox böyük təsir göstərmişdir.

{nl}

Şahin CƏFƏROV AzərTAc-ın xüsusi müxbiri
Pekin
* * *
TƏQDİMAT: Şahin Cəfər oğlu Cəfərov 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. O, 1999-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsini bakalavr, 2001-ci ildə isə magistr pillələri üzrə bitirmişdir. Ş.Cəfərov əmək fəaliyyətinə 2003-cü ilin fevralında Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) başlamış, proqramlaşdırıcı, müxbir, aparıcı müxbir, bölmə müdiri, buraxılış redaktoru və baş redaktor vəzifələrində işləmişdir.
Təcrübəli jurnalist Şahin Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərlərində AzərTAc-ın müxbiri kimi dəfələrlə iştirak etmiş, materialları operativ, yüksək səviyyədə və peşəkarlıqla hazırlamışdır. O, ingilis və rus dillərini bilir.
Ailəlidir, bir qızı var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında