Bakıya 1600 vaqon gətiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımovun bildirdiyinə görə, “Şərq-Qərb” dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun 503 kilometri təmir olunub. 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yeni vaqon alınıb, əlavə olaraq 50 yeni lokomotiv və 1600 vaqon alınması da planlaşdırılır.

Şöbə rəisinin sözlərinə görə, dəmir yolu parkının yenilənməsi, infrastrukturun modernləşməsi və rekonstruksiyası yükdaşımalarda sürəti, təhlükəsizliyi və daha qısa vaxt ərzində yüklərin çatdırılmasını təmin edəcək. Bu isə beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaları daha da asanlaşdıracaq və daha artıq yükdaşımaları cəlb etməyə imkan verəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında