Energetika Nazirliyi “ASAN Xidmət” vasitəsilə 44 hüquqi şəxsə icazə verib

2018-ci ilin I rübü ərzində ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı və idxalı üzrə Energetika Nazirliyi tərəfindən verilmiş 72 icazənin 44-ü “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, 67 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların idxalına, 5 hüquqi şəxsə isə ixrac nəzarətinə düşən malların ixracına icazə verilib. Bundan başqa, icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat və Vergilər nazirliklərinə, eyni zamanda,  Dövlət Statistika Komitəsinə təqdim edilib.

Xatırladaq ki, sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Energetika Nazirliyi tərəfindən müvafiq icazələr 1 fevral 2018-ci il tarixindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Hazırda Energetika Nazirliyi tərəfindən “icazələrin verilməsi” üzrə informasiya ehtiyatının “Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında