“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Azərbaycan Banklar Assosiasiyasında Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib.

Palatanın məlumatına görə, tədbirdə Azərbaycan Mərkəzi Bankının, kommersiya banklarının, habelə xidmət mərkəzlərinin nümayəndələri iştirak ediblər. Qarşılıqlı müzakirələr əsasında keçən təqdimarda iştirakçıların qanun layihəsinə dair çoxsaylı sualları cavablandırılaraq ətraflı məlumat verilib.

Qeyd edək ki, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi və bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəflərinin icrası çərçivəsində mühüm nailiyyətlərin əldə olunmasını təmin edəcək bu qanun layihəsi ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin daha da güclənməsini təmin edəcək.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi, eyni zamanda, istehlakçıların elektron ödənişlər sahəsində hüquqlarının müdafiə mexanizmlərinin möhkəmlənməsinə imkan verəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında