Daha bir rayonda Torpaqların Elektron Kadastr Uçot Sisteminin tətbiqinə başlanılıb

Azərbaycanın daşınmaz əmlak sektorunda  həyata keçirilən Torpaqların Elektron Kadastr işlərinin praktiki tətbiqinə başlanıb. Artıq kadastr işləri yekunlaşmış Salyan, Beyləqan rayonlarında görülən işlərin nəticələri xidməti istifadə üçün İcra Hakimiyyətinə elektron şəkildə təhvil verilib. Bu bölgələrin sırasına daha bir rayon Göygöl də daxil olub. Bununla əlaqədar aprelin 20-də “Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd Göygöl rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Rayonda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat edilib. Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb.  

Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Əlipənah BAYRAMOV, 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında