"Paşa Sığorta" nizamnamə kapitalının artırılması barədə elan verdi

"Paşa Sığorta" ASC-nin təsisçisi "Paşa Holdinq" sığorta şirkətinin nizamnamə kapitalının 30 milyon manata qədər artırılması barədə şirkətin Direktorlar Şurasının təklifini təsdiq etmişdir. Sığortaçının nizamnamə kapitalının artırılması 2010-cu ilin gəlirlərinin kapitala investisiya olunması və şirkətin səhmdarları tərəfindən edilən əlavə investisiya hesabına həyata keçirilmişdir. "Paşa Sığorta" ASC-nin İdarə Heyətinə kapital artımının qeydiyyatı üzrə lazımi dövlət prosedurlarını həyata keçirmək və nəticələr barədə şirkətin Direktorlar Şurasını və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətini məlumatlandırmaq tapşırılmışdır.
"Paşa Holdinq" tərəfindən həmçinin, "Paşa Sığorta" ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi, İdarə Heyətinin tərkibinin genişləndirilməsi və kadr baxımından möhkəmləndirilməsi üzrə qərarlar qəbul olunmuşdur. 2011-ci ilin martından şirkət İdarə Heyəti sədrinin müavinləri tərəfindən idarə olunacaq texniki, əməliyyat və maliyyə üzrə 3 əsas biznes blokunu əhatə edən idarəetmə modelinə keçidi həyata keçirəcəkdir. Kadr qərarları çərçivəsində "Paşa Holdinq"in Keyfiyyət Auditi şöbəsinin rəhbəri vəzifəsində çalışmış Ülviyyə Cabbarova "Paşa Sığorta"nın İdarə Heyəti sədrinin müavini və əməliyyat blokunun baş müdiri vəzifəsinə təyin olunmuş, Kadrlar və inkişaf üzrə direktor Səmayə Novruzova isə İdarə Heyətinin tərkibinə tövsiyə olunmuşdur.
"Paşa Sığorta"nın cari nizamnamə kapitalının 20 milyondan 30 milyon manata qədər artırılması şirkətin strateji inkişaf planı çərçivəsində və sığortaçıların nizamnamə kapitalının artırılması üzrə dövlətin həvəsləndirmə siyasətinə uyğun olaraq həyata keçirilmişdir. Kapitalın hazırkı artımı bizim maddi-texniki bazamızın ciddi şəkildə güclənməsi və risklərin saxlanması üzrə gücümüzün artırılması üçün şərait yaradır. Biz kapital artımını qərbin müasir sığorta məhsullarının Azərbaycanın sığorta təcrübəsinə cəlb olunması və inteqrasiyasının uğuru üçün vacib imkanlardan biri kimi qiymətləndiririk. "Paşa Sığorta"nın sığorta əməliyyatları həcminin və kapitalının ciddi artımı şirkətin idarəetmə modelinin də adekvat olaraq təkmilləşdirilməsini tələb edirdi ki, bu "Paşa Holdinq" tərəfindən holdinqin sığorta seqmenti üzrə sonuncu qərarları çərçivəsində reallaşmışdır," - deyə "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Nofəl Rzayev qeyd etdi.
"Paşa Holdinq"in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə "Paşa Sığorta" 30 milyon manat nizamnamə kapitalı və 43 milyon manat cari aktivlə sığorta bazarının liderinə çevrilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında