Avropa Yenidənqurma və İnkişaf Bankı regionda keçid dövrü ilə bağlı hesabatını təqdim etmişdir

Martın 10-da Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) regionda keçid dövrü ilə bağlı hesabatını təqdim etmişdir.
AYİB-in baş iqtisadçısı Erik Berqlof bildirmişdir ki, AYİB regionunun əksər ölkələri fərqli templərlə dünyanı bürüyən iqtisadi böhrandan çıxmağa başlamışdır.
Bəzi Mərkəzi Avropa ölkələrində və Şərqi Avropa və Mərkəzi Asiyada istehlak malları baxımından zəngin olan əksər ölkələrdə dirçəliş davamlı olmuşdur. Cənub-şərqi Avropa ölkələrində isə bu proses zəif inkişaf edir. Azərbaycanın qarşısında duran mühüm vəzifə öz iqtisadiyyatını şaxələndirməkdən ibarətdir. Qeyri-neft sahəsinə aid ixracatları genişləndirmək üçün biznes mühitinin yaxşılaşdırılması, rəqabətin təşviq olunması və daha çox xarici strateji investorların cəlb edilməsi zəruridir. Azərbaycanda maliyyə sektorunun böhrandan yaxşı çıxmasına baxmayaraq bu sahədə islahatlar davam etdirilməlidir. Azərbaycan iqtisadi böhrana yaxşı davam gətirmiş, 2009-cu ildə istehsal əsasən neft sektoru hesabına 9,3 faiz artmışdır. Ayrı-ayrı fəaliyyət sahələri üçün vergi qanunvericiliyinə əməl olunması ilə bağlı xərcləri azaltmaq və vergi daxilolmaları səviyyəsini artırmaq məqsədi ilə hökumət vergi prosedurlarını təkmilləşdirmişdir. 2009-cu ildə Azərbaycan öz əmək qanunvericiliyinin bəzi aspektlərini yeniləşdirmişdir. Eyni zamanda, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə də əhəmiyyət verilir. Belə ki, Azərbaycanı Rusiya və İranla birləşdirən şimal-cənub dəmiryol dəhlizi, şərq-qərb dəmiryol dəhlizi genişləndirilir. Hər iki layihənin 2012-ci ildə başa çatacağı gözlənilir. Tikintisinə yeni başlanmış Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi 2016-cı ildə tamamlanacaqdır.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda sürətli iqtisadi inkişaf müşahidə olunur. Hazırda ən aktual mövzu qeyri-neft sektorunun inkişafına nail olmaqdır. İqtisadi böhran Azərbaycana ciddi təsir göstərməmişdir. Bu, region ölkələri ilə müqayisədə özünü daha qabarıq göstərir. 2010-cu ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM-in artımı 7,9 faiz təşkil etmişdir. ÜDM-in strukturunda neft sektorunun payı 55,6 faiz, qeyri-neft sektorunun payı isə 44,4 faizdir. Özəl sektorun ÜDM-də payı isə 82 faizə bərabər olmuşdur.
V.Vəliyev vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının üçdə ikisini təşkil edir.
Tədbirdə Azərbaycanın makroiqtisadi göstəriciləri, struktur islahatları və digər məslələrlə bağlı da məlumatlar verilmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında