Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək

Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsidir.

Bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu, ölkədə kiçik və orta sahibkarlığın inkişafına imkan verəcək. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən son aylarda vergilər sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır: “Bunun əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünü əhəmiyyətli dərəcədə azaltmaq və vergi idarəetməsini təkmilləşdirməkdir. İri müəssisələrə gəldikdə isə bu sahədə əsas istiqamətlər həmin müəssisələrdə şəffaflığın və daxili hesabatlılığın səviyyəsinin artırılmasıdır. Bu, bir tərəfdən həmin müəssisələrin rəqabət qabiliyyətliliyinin təminatı olacaq, digər tərəfdən, vergi ödənişlərinin sabitliyini və dövlət büdcəsinə daxilolmaların səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında