Hindistan və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə iki ölkə arasında enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər. Səfir S.Rana qeyd edib ki, Hindistan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə məhsulun pay bölgüsündə Hindistanın “ONGC Videsh Ltd” neft şirkətinin iştirakından məmnundur.Səfir Hindistan şirkətlərinin energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildirib.

 Nazir P,Şahbazov Hindistan şirkətlərinin Azərbaycandakı layihələrə marağını yüksək qiymətləndirib. O, həmçinin Hindistan şirkətlərini bərpa olunan enerji layihələrinə, xüsusilə Azərbaycanda külək və günəş enerjisinə investisiya yatırmağı nəzərdən keçirməyə dəvət edib və hökumətin bu sahədə yerli və xarici investorların iştirakını asanlaşdırmaq üçün yeni qaydalar hazırladığını qeyd edib.

Səfir S.Rana Hindistanın bilik və bacarıqların artırılması sahəsində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu və ABOEMDA-nin bir çox əməkdaşlarının Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistanda keçirilən təlim kurslarında iştirak etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Hindistan və Azərbaycan gələcək illərdə iki ölkə arasında ticarət və investisiya üçün daha çox imkanlar yaradacaq Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafında tərəfdaşlıq edirlər.

 Görüşdə qeyd olunub ki, 2015-ci ilin noyabr ayında Hindistan, Fransa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki tropik qurşaq arasında yerləşən, günəş işığı ilə zəngin ölkələrin birliyi olan və bu ölkələrin enerji ehtiyaclarının həlli yollarının birgə tapılması, birgə səylər vasitəsilə günəş enerjisinin istifadəsinin genişləndirilməsi və iş yerlərinin yaradılması məqsədilə Beynəlxalq Günəş İttifaqı (BGA) təşkil olunmuşdur. 2018-ci ilin mart ayında Nyu Dehlidə BGA-nın Təsis Sammitinə ev sahibliyi edən Hindistan iki tropik qurşaq arasında yerləşməyən, lakin zəngin günəş işığına malik olan Azərbaycanı İttifaqa tərəfdaş ölkə kimi qoşulmağa dəvət etmişdir.

                                                                                       Afət Sadıqoğlu,

                                                                                       “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında