2018-ci ilin birinci rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri artıb

2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4 faiz, qaz hasilatı isə 5,2 faiz artmışdır. SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır.

SOCAR-dan verilən məlumatda deyilir ki, neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrası davam etdirilir. Aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13 faiz) artmışdır. Qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil etmişdir. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılmışdır. İstismar edilən quyularda geoloji - texniki tədbirlər aparılmış, 66 fəaliyyətsiz quyu istismara qaytarılmışdır. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil etmişdir. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard kubmetr təşkil etmiş və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8 faiz artmışdır.

Yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 9,7 milyon ton, qaz hasilatı isə 7,3 milyard kubmetr təşkil etmişdir.

Bu ilin I rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilmişdir. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır. “Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il ərzində 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq tamamlanıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planaşdırılır.

Qazma və hasilatda olduğu kimi, cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunmuşdur. Həmin dövr ərzində SOCAR tərəfindən xam neftin ixracı ötən ilin müvafiq göstəricilərinə nisbətən 13 faizdən çox artmış, 5,7 milyon ton təşkil etmişdir. Neft ixracının artımı, müxtəlif amillərlə yanaşı, SOCAR-ın AÇG-dəki payının artırılması ilə də bağlıdır.

Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil etmiş, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişmişdir. Bu da əsasən dizel yanacağına ölkədaxili tələbatın təxminən 21 faiz artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz yüksəlmişdir.

Kimya sənayesi məhsullarının ixrac həcmi artmışdır: 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilen istehsalı 3 faiz artmış, məhsulun ixrac həcmi isə təqribən 11 faiz yüksəlmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında