Bu il Azərbaycan 140 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 86 ölkəyə məhsul ixrac edilmiş, 131 ölkədən isə idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4 milyard 439 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 987,5 milyon dollar, idxalın dəyəri 1 milyard 451,5 milyon dollar təşkil etmiş, nəticədə 1 milyard 536 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,5 faizini İtaliyaya, 10,3 faizini İsrailə, 8,4 faizini Almaniyaya, 6,2 faizini Kanadaya, 6,1 faizini İndoneziyaya, 5,7 faizini Çexiyaya, 4,2 faizini Türkiyəyə, hər biri 3,8 faiz olmaqla Rusiya və Avstriyaya, 3,5 faizini Yunanıstana, 3,4 faizini Hindistana, 3,2 faizini ABŞ-a, 2,6 faizini Gürcüstana, 2,3 faizini Ukraynaya, qalan 10 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 13,5 faizi Türkiyə, 9,5 faizi Çin, 8,8 faizi Almaniya, 5,5 faizi ABŞ, 4,9 faizi Belarus, 3,8 faizi Ukrayna, hər biri 3 faiz olmaqla Çexiya və İtaliya, 2,7 faizi İran, 2,2 faizi Qazaxıstan, 26,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-fevral aylarında 241,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 37,3 faiz, real ifadədə isə 35,8 faiz çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 70,2 faiz, təzə tərəvəz – 14,2 faiz, tütün – 25,1 faiz, şəkər – 2,4 faiz, meyvə və tərəvəz şirələri – 23,5 faiz, çay – 6,6 faiz, meyvə və tərəvəz konservləri – 10,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 95 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 faiz, kartof – 8,9 dəfə, polietilen – 15,4 faiz, qara metallardan borular – 1,8 faiz, pambıq ipliyi – 36,2 faiz artmış, bitki yağları ixracı isə 41,4 faiz, emal olunmamış alüminium – 23,5 faiz azalmışdır.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında buğda idxalı 70,9 faiz, bitki yağları – 48,9 faiz, təzə meyvə – 54,5 faiz, çay – 39,6 faiz, mal əti – 31,4 faiz, quş əti və onun əlavə məhsulları – 50 faiz, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 75,3 faiz, qara metallardan çubuqlar – 85,5 faiz, mebel – 24,8 faiz, rezin şinlər – 21,4 faiz, hesablama maşınları, blok və qurğuları – 58,8 faiz, polietilen – 82,4 faiz, qara metallardan künclüklər – 10,8 faiz, paltaryuyan maşınlar – 61 faiz, yük avtomobilləri – 30,9 faiz, məişət kondisionerləri – 32,6 faiz sement və sement klinkerləri – 3 dəfə, məişət soyuducuları – 3,2 dəfə, avtobuslar – 2,2 dəfə artmış, kərə yağı, digər süd yağları və pastalar üzrə idxal isə 29,2 faiz, xam şəkər və şəkər – 70,5 faiz, kartof – 18,8 faiz, təzə tərəvəz – 54,3 faiz, polad prokatı – 4,6 faiz, siqaret – 20,9 faiz azalmışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında