İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

Martın 4-də İqtisadi İnkişaf Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qurum tərəfindən görüləcək işlərlə bağlı geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, iclasda ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, müasir texnologiyalara əsaslanan yerli istehsalın gücləndirilməsi, üzümçülüyün inkişafına dair Dövlət Proqramının hazırlanması, taxılçılığın inkişafı və toxum təminatının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, inkişaf etmiş ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması, sənayeləşmənin sürətləndirilməsi, süni qiymət artımına və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və digər sahələrdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunmuşdur.
İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar vermişdir.
Kollegiya iclasında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında