80-dən çox ölkə Azərbaycan məhsullarının tədarükü üçün müraciət edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin məlumatına görə,  “Azexport” portalının işə düşdüyü 2017-ci ilin yanvarından 2018-ci ilin fevralın 28-dək 81 ölkədən 594,1 milyon dollar dəyərində sifariş qəbul olunub.

Bu ilin ilk iki ayı ərzində sifarişlərin həcminə görə Rusiya liderlik edir. Bütün sifarişlərin 17,8 faizi bu ölkənin payına düşür. Sifarişlərin həcminə görə ölkələr arasında ilk beşlikdə həmçinin ABŞ (7,9 faiz), Türkiyə (5,9 faiz), Ukrayna (5 faiz) və İran (5 faiz) qərarlaşıb.

Fevral ayında ən çox sifariş şərab, təmizlənmiş fındıq, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü və zəfəran üçün qəbul olunub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında