Paytaxtın elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı

Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb. Hesabata əsasən ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. “Azərişıq” ASC-dən verilən məlumata görə, Bakı şəhəri üzrə 2017-ci ildə orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.

   Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından xeyli azdır. Bunun başlıca səbəbi son 10 ildə Bakı şəhərinin paylayıcı şəbəkəsində mövcud olan 33 ədəd 110 kV-luq yarımstansiyadan 25-nin tikilərək yenidən qurulması, 80 ədəd 35 kV-luq yarımstansiyanın inşa edilməsidir. Paytaxtın 90 faizində yeraltı kabelləşmə işinin həyata keçirilməsi və yaradılan dairəvi elektrik enerjisi təchizatı sxemlərinə qoşulması da Bakı şəhərinin enerji təchizatının etibarlılığı və dayanıqlılığına müsbət təsir göstərib.

 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında