Azərbaycan nümayəndələri Dayanıqlı İnkişaf Forumunda

İstanbulda Birləşmiş Millətlər Təşkilatının Avropa və MDB üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Forum keçirilib.

İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qarşıya çıxan çətinliklərin birgə həllinin müzakirəsi məqsədilə təşkil edilmiş tədbirdə Avropa və MDB ölkələrində DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsinə cavabdeh şəxslər, BMT-nin nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.

Forumun “İnkişaf siyasətində hökumətlərin baxışı” panel sessiyasında çıxış edən İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov Azərbaycanda tərəqqiyə nail olunması üçün görülən tədbirlər, həyata keçirilən dövlət proqramları və  strategiyalar nəticəsində ifrat yoxsulluğun aradan qaldırıldığını və bir sıra sosial layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və 4 istiqamət üzrə işçi qrupu yaradılıb. Qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların DİM ilə uzlaşdırılması prosesi davam etdirilir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında