Azərbaycan-BP əlaqələri genişlənir

İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, yeni vəzifəyə təyin olunması münasibətilə Qari Counsu təbrik edən Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, 1994-cü ildə imzalanmış və regionda inkişafa və sabitliyə təkan verən “Əsrin müqaviləsi” bunun əyani göstəricisidir.

BP-nin podratçısı olan şirkətlərdən birinin Sumqayıt Kimya Sənaye Parkında xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd edən nazir yaradılmış əlverişli şərait və görülən işlərlə yaxından tanış olması üçün Qari Counsu SKSP-ə dəvət edib. O, SKSP-də görülən işlər, sənaye parkında yaradılan müasir Peşə Tədris Mərkəzi barədə məlumat verib, mərkəzin 2018-ci ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns diqqətə çatdırıb ki, BP uzun müddətdir Azərbaycanla uğurlu əməkdaşlıq edir. BP-də çalışan işçilərin 90 faizinin yerli kadrlar olduğunu qeyd edən şirkət təmsilçisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Diplomatik Akademiyasında müxtəlif sahələrdə, eləcə də sənaye sektoru üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə müasir şərait yaradıldığını, bunun gələcəkdə də yüksək səviyyəli kadr hazırlığında önəmli olacağını qeyd edib. Qari Couns BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycan-BP əməkdaşlığının gələcək perspektivlərinə, həyata keçirilən enerji layihələrinə, eləcə də dünya enerji bazarındakı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında