“PROKON SOCAR” karbamid zavodunun tikintisi başa çatıb

“Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi sahəsində törəmə müəssisəsi olan PROKON “SOCAR karbamid” zavodunda aparılan tikinti işlərini yekunlaşdırıb və hazırda müəssisədə  buraxılış-sazlama işləri həyata keçirilir.

Şirkətin yaydığı məlumatda bildirilir ki, Bakıdan 35 kilometr şimalda yerləşən zavod vahid kompleks olaraq zəngin təbii qaz ehtiyatlarını xammal kimi istifadə edərək, gündəlik 1,200 metrik ton ammiak və 2  ton karbamid istehsalı üçün nəzərdə tutulub.

Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi  2012-ci ildə Azərbaycanda yaradılan PROKON qısa müddətdə tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli özəl qurumlardan birinə çevrilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında