Bakı Ali Neft Məktəbinin tələbələri “SOCAR Türkiyə”də işləyəcəklər

Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.

BANM-in mətbuat xidmətinin məlumatına görə, görüşün məqsədi bu ali təhsil müəssisəsinin  sonuncu kurs tələbələrini “SOCAR Turkey Enerji A.Ş.”nin məzun mühəndislik proqramına, aşağı kurs tələbələrini isə təcrübə inkişaf proqramına cəlb etmək olub.

Görüşdə BANM-in rektoru Elmar Qasımov diqqətə çatdırıb ki, ötən il ali məktəbin 30-dək məzunu “SOCAR Türkiyə”nin İzmir şəhərindəki “Star” neft emalı zavodunda işləmək üçün göndərilib. Bunun artıq ənənə halı aldığını deyən rektor növbəti illərdə də BANM-in tələbələrinin işləmək üçün bu zavoda göndəriləcəyinə ümidvar olduğunu bildirib.

“SOCAR Türkiyə”nin insan resursları departamentinin rəhbəri Dinar Məmmədova təmsil etdiyi şirkətin ümumi fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. O, həmçinin məzun mühəndislik və təcrübə inkişaf proqramları haqqında məlumat verib. Qeyd edilib ki, tələbələr arasında seçim prosesi iki turda aparılacaq. Proqramlarda iştirak etmək istəyənlər birinci mərhələdə CV-lərini göndərməklə yanaşı, ümumi qabiliyyət, şəxsiyyətin müəyyənləşdirilməsi, ingilis dilinin mükəmməlliyi və texniki biliklərin ölçülməsi ilə bağlı test imtahanı verməlidirlər. Testlərdən uğurla keçən namizədlər ikinci turda fərdi müsahibəyə dəvət olunacaqlar.

Görüşdə “Star” neft emalı zavodunun işlətmə departamenti müdirinin müavini Elnur Məmmədli tələbələrə “SOCAR Türkiyə” şirkətlər qrupunun fəaliyyəti, nəzərdə tutulan layihələr haqqında geniş məlumat verib.

BANM-in ötənilki məzunları, “Star” neft emalı zavodunun mühəndisləri Amail Məmmədova və Adil Babayev tələbələrə öz təcrübələrindən danışıb və dəyərli məsləhətlər veriblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında