Dövlət Neft Fondunun icraçı direktoru MHŞT üzrə 5-ci Qlobal Konfransda iştirak edir

2011-ci il martın 2-3-də Fransanın paytaxtı Parisdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul Olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci Qlobal Konfrans keçirilir. MHŞT üzrə Hökumət Komissiyasının sədri, idarə heyətinin üzvü, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edir.
Tədbirin ilk günündə MHŞT idarə heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər, o cümlədən idarə heyətinin yenidən seçilməsi, MHŞT sahəsində əldə olunmuş nailiyyətlər və s. müzakirə edilmişdir.
Dövlət Neft Fondunun icraçı direktoru konfransda MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı çıxış etmişdir. İcraçı direktor nitqində Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi uğurlardan bəhs etmişdir. Şahmar Mövsümov qeyd etmişdir ki, şəffaflıq təşəbbüsünün tətbiqi nəticəsində hər bir vətəndaş hər barrel neftin, hər kubmetr qazın satışından hökumətin əldə etdiyi hər dollar vəsait barədə məlumat ala bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında