Əmlak Məsələləri Dövlət Komitəsində yeni xidmət sahəsi fəaliyyətə başlayıb

Komitənin yaydığı informasiyada bildirilir ki, yeni xidmət sahəsi  vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar zamanı dərhal məlumat almaq imkanı yaradır. Bu, məlumatın internetsiz əldə olunması ilə bağlıdır. Yəni  yeni xidmət 9193 SMS nömrəsi ilə reallaşdırılır.

Daşınmaz əmlakla bağlı digər əməliyyatlar isə komitənin 3 SMS xidməti vasitəsilə həyata keçirilir. Belə xidmətlər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür. Eyni zamanda, vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı bu əmlakın istifadəsi müqabilində verilən icarə haqqı borcu haqqında informasiyanı əldə edə bilər.

Bu əməliyyatların yerinə yetirilməsi üçün vətəndaşın uzun prosedurdan keçməsinə ehtiyac qalmır. Belə ki, sadəcə çıxarış almaq üçün müraciət üzrə bildiriş nömrəsi və ya dövlət əmlakının icarə müqavilə kodu 9193-ə göndərilməlidir. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını həyata keçirmək tələb olunmur. Yalnız mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir. Bu isə vətəndaş məmnunluğunu artırmaqla onların vaxt itkisinin qarşısını alır. Nəticədə geniş əhali kütləsi və biznes qurumları rahat və operativ qaydada SMS xidmətlərindən yararlana bilirlər.

Hazırda komitənin fəaliyyət sahələri üzrə 37 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında