Daşımalara nəzarətlə bağlı təlim keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən konteyner daşımalarına nəzarət mövzusunda beşgünlük təlim  başa çatıb. “APA-Economic”in yaydıdğı xəbərə görə, təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.

Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Ramil Əsədov bildirib ki, Azərbaycan gömrüyü Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT ilə əməkdaşlığa xüsusi önəm verir. Vurğulanıb ki, qloballaşan dünyada konteyner daşımalarının həcminin artdığı bir zamanda Dövlət Gömrük Komitəsi bu əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır.

Təlimçilər Gerhard Retief və Sandra Vens Azərbaycana səfər etməkdən məmnunluq duyduqlarını bildirərək, təlim zamanı qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında