Dünyada ilk dəfə olaraq Azərbaycanda online vahid ixrac ərizəsi xidmətinə başlanılıb

İqtisadi inkişaf strategiyası modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə reallaşdırılan Azərbaycanda çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində böyük layihələr həyata keçirilir.

Bunlardan biri də fevral ayında təqdim edilən online vahid ixrac ərizəsidir. Dünyada ilk dəfə olaraq Azərbaycanda təqdim olunan bu xidməti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Rəqəmsal Ticarət Qovşağı və “Azexport” portalı vasitəsilə həyata keçirəcək.

Sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. Yeni elektron xidmət sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında