“SOCAR Polimer” zavodu bu ilin II rübündə işə salınacaq

“SOCAR Polimer” zavodu bu  ilin II rübündə ilk məhsulunu buraxmağa hazırlaşır. İllik layihə gücü 180 min ton olan müəssisədə cari il üçün 70 min ton məhsul istehsalı nəzərdə tutulub. IV rübdə isə layihə gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen zavodu işə düşəcək.

Mütəxəssislərin fikrincə, “SOCAR Polimer” Azərbaycanın müstəqillik tarixində əlavə dəyər yaradan ən uğurlu layihələrdən biri olacaq. Belə ki, onun yarımfabrikatlarının 30-35 faizi   daxili bazara yönələcək. Sumqayıtdakı Kimya Sənaye Parkında fəaliyyət göstərən həmin müəssisələr ölkənin daxili bazarı üçün nəzərdə tutulan son məhsulları istehsal edəcək.

Hesablamalara görə, “SOCAR Polimer”in 40 il müddətində ancaq ixrac əməliyyatlarından gəliri 8 milyard dollara bərabər ola bilər. Zavoda isə 750 milyon dollar vəsait xərclənib. Bunun 51 faizi  dövlətin, 49 faizi  isə isə özəl şirkətlərin öhdəliyidir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında