Son bir ildə ixrac sifarişlərinin dəyəri 556,6 milyon dollar təşkil edib

Bu ilin yanvar ayı ərzində “Azexport.az” portalına daxil olan ixrac sifarişləri 81,5 milyon dollar olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından bu ilin 31 yanvar tarixinə kimi portala dünyanın 78 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 556,6 milyon dollar təşkil edib.

Cari  ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, Ukrayna, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və  alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped,  pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid),  kərpic  və s. mallara da sifariş daxil olub.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında