Koordinasiya Şurasının ilk iclası

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində (AEİMM) Koordinasiya Şurasının ilk iclasını keçirib. 

Kənd Təsərrüfati Nazirliyinin yaydığı məlumatında deyilir ki, şuranın iclasında aqrar elmdə mövcud tədqiqat istiqamətləri və mövzuları, sorğu əsasında perspektiv tədqiqat istiqamətləri ilə bağlı elmi-tədqiqat institutlarından və regional aqrar elm və informasiya məsləhət mərkəzlərindən daxil olmuş təkliflər, alınan elmi nəticələrin bilavasitə fermer təsərrüfatlarında tətbiq olunması və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aqrar elmin qarşısına  qoyulmuş  vəzifələrlə bağlı müzakirələr  aparılıb.

Müzakirələrdə “Qarabağ Toxum” MMC-nin icraçı direktoru Rəcəb Orucov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi  Fikrətzadə, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, “Azərbaycan Kənd Təsərrüfatı Treninq və İnkişaf Mərkəzi”nin baş icraçı direktoru Pavel Belorusski çıxış edərək son dövrlər aqrar sahənin dinamik inkişafı, aqrar sahəyə innovasiyaların tətbiqi, kənd təsərrüfatının intensiv inkişafı yolları və aqrar tədqiqatların əhəmiyyəti, özəl təsərrüfatların elmi müəssisələrlə əlaqələrinin genişləndirilməsi və elmi potensiallı yerli mütəxəssislərin bilik və təcrübələrindən geniş istifadənin vacibliyini vurğulayıblar.

Koordinasiya Şurasının iclasında açıq səsvermə yolu ilə AEİMM-in baş direktoru Rəsul Balayev şuranın sədri, “Qarabağ Toxum” MMC-nin icraçı direktoru Rəcəb Orucov sədr müavini, AEİMM-in Elmi işlərin planlaşdırılması  və koordinasiyası şöbəsinin müdiri Şükür Əhmədov isə katibi seçiliblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında