Rusiya bankı Azərbaycandakı ÜDM ilə bağlı müsbət proqnoz verib

2018-ci ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək.

“İnterfax”a istinadən, bu barədə məlumat “Sberbank İnvestment Research”in “Bugünkü borc bazarları” icmalında öz əksini tapıb. “Sberbank İnvestment Research”in analitikləri hesab edir ki, ÜDM-in artım tempinin sürətlənməsi investisiya fəallığı hesabına baş verəcək.

“Sberbank İnvestment Research”in analitikləri hesab edir ki, 2018-ci ilin ikinci yarısında tikinti sahəsində inkişaf başlayacaq: “Xüsusilə infrastruktur layihələrinə dövlət xərclərinin artması hesabına (2018-ci ilin büdcəsinə uyğun olaraq 50 faiz) baş verəcək. Bu ÜDM-in əlavə artımını dəstəkləməlidir, hansı ki, cari ildə 2 faizə çata bilər”, – deyə icmalda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır.

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında