Almaniya şirkəti ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı üzrə layihələr reallaşdırmaq niyyətindədir

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qax şəhərində yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Almaniyanın “Rapunzel” şirkəti arasında niyyət protokolu imzalanıb. www.science.gov.az saytının məlumatına görə, sənədi Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor Amin Babayev və “Rapunzel” şirkətinin prezidenti Jozef Vilhelm imzalayıblar.

“Rapunzel” şirkətinin prezidenti Jozef Vilhelm martın 21-dən 23-dək Azərbaycanda işgüzar səfərdə olub. Səfərin əsas məqsədi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsinin əsas prioritetlərindən biri olan “Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi” məsələsi ilə əlaqədar “Rapunzel” şirkətinin bu sahəyə göstərdiyi strateji maraqlardan irəli gəlir.

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin əvvəlcədən hazırlayıb “Rapunzel” şirkətinin rəhbərliyinə təqdim etdiyi və razılaşdırılmış proqram çərçivəsində Qax və Zaqatala rayonlarında fəaliyyət göstərən və istehsal prosesində ekoloji təsərrüfatçılığa keçid dövrünü yaşayan fermer təsərrüfatları və emal müəssisələrində görüşlər keçirilib. Almaniya nümayəndə heyəti regionun torpaq və iqlim şəraitini, fermerlərin ekoloji istehsala meyillərini və onların işgüzarlıq qabiliyyətlərini yüksək qiymətləndirib. Qonaqlar səfərin sonunda aparılan müzakirələr zamanı bu regionda bir neçə istiqamətdə layihələr həyata keçirmək istəyində olduqlarını bəyan ediblər.                                                                  

Ə.Bayramov,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında