Ölkədə ərzaq təhlükəsizliyi uğurla həll olunur

Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük uğurlar əldə edilib. Sovet rejimi dövründə Azərbaycanda əsasən pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu. Digər əsas ərzaq məhsulları isə başqa respublikalardan gətirilirdi. Müstəqillik illərində daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Bu istiqamətdə həyata keçirilən tədbirlər və aqrar sahəyə dövlətin fəal dəstəyi  tezliklə öz bəhrəsini verdi.

Bu barədə Bərdədə keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində danışılıb. Ölkə Prezidenti İlham Əliyev deyib:”Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik.”

                                      Ə. Bayramov,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında