İranın Astara dəmir yolu yük stansiyası Azərbaycanın istifadəsinə verildi

Azərbaycan İranın Gilan əyalətində Astara dəmir yolu yük stansiyasının yenidən qurulmasına 60 milyon dollar investisiya qoyur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "İran Dəmir Yolları"nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidenti Hosseyn Aşuri bildirib.

H. Aşuri deyib ki, Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib. Astara (Azərbaycan) - Astara (İran) dəmir yoluna baxış keçirən H. Aşuri dəmir yolunun bu hissəsinin cümə axşamı İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı açılacağını bildirib. Bundan əlavə, səfər zamanı Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalanacaq. Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar ayıracaq.

 

İ.Əmənullayev

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında