ABB-nin Rusiyada ləğv olunan törəməsi əmanətçilərə müraciət edib

Azərbaycan Beynəlxalq Bankının Rusiyada ləğv olunan törəməsi "ABB-Moskva" bu ilin martın 20-dən "Təcili" əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib.

Bankın saytında bildirilir ki, "ABB-Moskva" "Universal", "Elite+" və "Xüsusi" əmanətləri üzrə vəsait cəlbini dayandırıb.

"ABB-Moskva" fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edir. "ABB-Moskva" əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququ verməklə əmanətçiyə bankın faizlərlə birlikdə əmanəti tam həcmdə əldə etməyə imkan verəcək", - deyə məlumatda vurğulanıb.

Məlumatda qeyd olunur ki, "ABB-Moskva"nın filialları bu ilin aprelin 27-dək bağlanacaq.

Xatırladaq ki, martın 14-də Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

Martın 5-də isə "ABB-Moskva" Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanacağını elan edib. Martın 5-dən bu filiallarda əmanət qəbulu və pul köçürülməsi xidməti dayandırılıb, əmanətlərin qaytarılması prosesi heç bir məhdudiyyət olmadan həyata keçirilir.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında