Avropa İnvestisiya Bankı TANAP-ın tikintisinə 932 milyon avro kredit ayırıb

Bu barədə bankın mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, əvvəlcə layihənin kreditləşməsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankına həvalə olunmuşdu. 2017-ci ilin oktyabrında AYİB layihəyə 500 milyon dollar kredit ayırıb.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı üçün ən prioritet layihələrdən biri olan “Cənub” qaz dəhlizi layihəsi Xəzər dənizindən hasil olunan Azərbaycan təbii qazının Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəqli üçün nəzərdə tutulub.

“Şahdəniz” yatağından hasil olacaq Azərbaycan qazı birinci mərhələdə TANAP vasitəsilə bu ildən başlayaraq Türkiyəyə nəql olunacaq. İlk mərhələdə daşınacaq 16 milyon kubmetr qazın 6 milyon kubmetrə yaxını Türkiyəyə, qalanı isə Avropaya çatdırılacaq.

Gələcəkdə digər qaz yataqlarından hasil olunacaq “mavi yanacağın” da bu xətt ilə daşınacağı istisna olunmur.

 Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında