Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı artıb

Cari ilin yanvar-fevral aylarında 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə digər bitkilər əkilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 milyon ədəd yumurta, 16,3 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 43,8 faiz artıb.

 

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında