Meşə fondu torpaqlarına göstərilən xidmətin səviyyəsi yüksəlir

Ötən il tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 42,9 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  görülmüş meşəbərpa tədbirləri çərçivəsində 4 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 53,9 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 6,2 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 43,8 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ümumilikdə, 2017-ci ildə 59,8 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 30,3 tonu (50,6 faizi) qoz, 9,8 tonu (16,4 faizi) ərik, 2,8 tonu (4,7 faizi) badam, 2,1 tonu (3,6 faizi) xurma, 1,6 tonu (2,7 faizi) alça, 1,4 tonu (2,3 faizi) şaftalı, 0,9 tonu (1,6 faizi) gavalı, 0,8 tonu (1,3 faizi) şabalıd, 0,7 tonu (1,2 faizi) fındıq, 9,4 tonu (15,6 faizi) isə digər meyvə və ağac toxumlarının payına düşüb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında