Cari ilin yanvar-fevral aylarında 11,54 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur

2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artaraq 11 milyard 541,5 milyon manat təşkil etmişdir.

 Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, ÜDM istehsalının 48,3 faizi sənayedə, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,9 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6 faizini təşkil etmişdir.

2017-ci ilin ilk iki ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artmış, neft sektorunda isə eyni səviyyədə qalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olmuşdur.

 Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında