“Cənub qaz dəhlizi” layihəsi Azərbaycanın makroiqtisadi sabitliyi üçün mühüm önəm daşıyır

“Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, “Cənub qaz dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

Bu il “Cənub qaz dəhlizi” layihəsi üçün önəmli il olacaq. Belə ki, “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanacaq. Azərbaycan qazını Türkiyənin ərazisi boyu Avropayadək daşıyan Transanadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə veriləcək. Hazırda Azərbaycandan və Gürcüstandan keçərək qazı TANAP-a çatdıran CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi demək olar ki, sona çatıb. Dəhlizin sonuncu seqmenti olan TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi isə müvəffəqiyyətlə davam edir.

“Cənub qaz dəhlizi” Xəzərin sahilindən başlayaraq Avropayadək uzanan 3500 kilometrlik bir boru xəttidir ki, üç mühüm kəmərin birləşməsindən yaranır. Bu layihə təkcə Azərbaycan üçün deyil, ərazisindən keçdiyi və qazla təchiz edəcəyi bütün ölkələr üçün önəmlidir. Təbii ki, Azərbaycan bu layihədən əhəmiyyətli dərəcədə faydalanacaq. “Şahdəniz-2”nin fəaliyyətə başlaması ilə artan hasilat  ölkəmizin iri regional qaz ixracatçısı kimi rolunu gücləndirəcək.

“Fitch”in hesabatında agentliyin mütəxəssisləri qeyd ediblər ki, keçən il “Cənub qaz dəhlizi” bir sıra beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 0,6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub”.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında