Azərbaycan yanvarda 121 ölkə ilə ticarət əlaqələri saxlamışdır

2018-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 67 ölkəyə məhsul ixrac olunmuş, 115 ölkədən idxal olunmuşdur.

 Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2 milyard 231,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 milyard 543 milyon dollar, idxalın dəyəri 688,6 milyon dollar təşkil etmiş, nəticədə 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artmış, real ifadədə isə 1,9 faiz azalmışdır.

 Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27 faizini İtaliyaya, 13,1 faizini İsrailə, 8 faizini Avstriyaya, 7,9 faizini Çexiyaya, 6,7 faizini ABŞ-a, 6,5 faizini Kanadaya, 6,4 faizini İndoneziyaya, 4,5 faizini Almaniyaya, 3,8 faizini Gürcüstana, 3,7 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Türkiyəyə, 1,7 faizini İsveçrəyə, qalan 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 12,9 faizi Türkiyə, 9,5 faizi Çin, 8,1 faizi Belarus, 7,3 faizi Almaniya, 4,1 faizi Ukrayna, 3,9 faizi ABŞ, 3,3 faizi İran, 2,9 faizi Türkmənistan, 2,6 faizi İtaliya, 2,4 faizi Koreya, hər biri 2,3 faiz olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar ayında 122,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1 faiz, real ifadədə isə 34,7 faiz çoxdur.

2018-ci ilin yanvar ayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 59 faiz, təzə tərəvəz – 25,9 faiz, tütün – 8,4 faiz, meyvə və tərəvəz şirələri – 33,4 faiz, meyvə və tərəvəz konservləri – 5,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 87,4 faiz, polietilen – 30,4 faiz, pambıq ipliyi – 52,7 faiz artmış, pambıq lifi – 3,4 faiz, emal olunmamış alüminium – 25,1 faiz, qara metallardan borular – 8,0 faiz, bentonit gili – 30,2 faiz azalmışdır.

2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin yanvar ayında buğda idxalı 2,1 dəfə, təzə meyvə – 34,8 faiz, bitki yağları – 5,1 dəfə, çay – 49,8 faiz, mal əti – 24,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, qara metallardan borular – 2,7 dəfə, polad prokatı – 14,2 faiz, minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 41,4 faiz, sement və sement klinkerləri – 2 dəfə, yük avtomobilləri – 78 faiz, məişət soyuducuları – 52,9 faiz, avtobuslar – 33,3 faiz artmış, xam şəkər və şəkər idxalı isə 57,3 faiz, siqaret – 0,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 34,0 faiz, kartof – 24,9 faiz, təzə tərəvəz – 43,5 faiz, mebel – 0,7 faiz, məişət kondisionerləri – 8,2 faiz azalmışdır.

 Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında