Ötən il sahibkarlara 2,9 milyon manat ixrac təşviqi ödənilib

Bu barədə Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti və "Made in Azerbaijan" brendinin təbliği sahəsində görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirilib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə tədbirdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xarici ölkələrdə 2017-ci ildə 251 tədbir və ikitərəfli görüşlər təşkil olunub, 14 sahəvi assosiasiya yaradılıb.

İxrac təşviqinin ödənilməsi qaydalarının, kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılımasına dair təlim seminarları təşkil edilib, beynəlxalq və yerli tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Ötən il AZPROMO-nun əlaqələri daha da genişlənib, daha 11 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 14 Anlaşma Memorandumu imzalanıb. 2017-ci ildə  İxracatçılar klubunun 10 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 2,9 milyon manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə indiyədək bu istiqamətdə sahibkarlara 3,6 milyon manat ödənilib.

 

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında