Ölkədə 300 subartezian quyusu qazılacaq

Regionların suvarma suyu və içməli su ilə təminatı yaxşılaşdırılır. Bu il 38 şəhər və rayonda 300 yeni subartezian quyusu qazılacaq. Qazılacaq quyuların əksəriyyəti təmas xəttində yerləşən rayonların payına düşür.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Məmməd Əsədov deyir ki, son 4 il ərzində ölkənin 40 şəhər və rayonunda 1107 ədəd subartezian quyusu qazılıb. Bu il isə 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 300 ədəd subartezian quyusu qazılacaq.

Subartezian quyuların layihələndirilməsi və qazılması üçün 21milyon manat vəsait ayrılıb. Qazılacaq quyuların əksəriyyəti təmas xəttində yerləşən rayonların payına düşür.İşlər Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən həyata keçirilir.

Yaxın vaxtlarda qazıntı işlərinə başlanılacaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında